İsrailin avqustun 18-də İdlibdəki Abu əz-Zuhur aviabazasına endirdiyi hücum Suriyanın sabitliyini, təhlükəsizliyini, birliyini, ərazi bütövlüyünü və infrastrukturunu pozmağa yönəlmiş bir kənar müdaxilədir.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyindən jurnalistlərə bildirilib.
Nazirlikdən vurğulanıb ki, respublika suverenliyinin qorunmasında qonşu ölkəyə dəstək verməyə davam edəcək.
"Suriyada və regionda sülh ilə sabitliyin təmin edilməsi üçün İsrailin bu cür məsuliyyətsiz hücumları dayandırması və beynəlxalq hüququn tələblərinə əməl etməsi kəskin vacibdir. Biz vahid ordu prinsipi çərçivəsində öz infrastrukturunu yaratmaq və hərbi potensialını artırmaq səylərində Suriyanı dəstəkləməyə davam edəcəyik", — deyə Türkiyə Müdafiə Nazirliyindən bildirilib.
Hərbi idarədən əlavə edilib ki, Suriyadakı aviabazaya İsrail hücumu baş verməzdən əvvəl və hücum anında orada Türkiyənin hərbi heyəti olmayıb.
Hökumətin yeni proqramı "Real Ermənistan" konsepsiyası üzərində qurulub - Paşinyan
Seul KXDR-ın Yaponiya dənizi istiqamətində 10-a yaxın raket buraxdığını bəyan edib