Hökumətin 2026-2031-ci illəri əhatə edən proqramı tamamilə "Real Ermənistan" ideologiyasına və Dördüncü Respublika baxışına əsaslanır.
“İki sahil” Ermənistan mediasına istinadla xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
"7 iyun 2026-cı il seçkilərinin nəticələrinə əsasən, "Real Ermənistan" ideologiyası sonda qalib gəldi və bu o deməkdir ki, "Real Ermənistan" ideologiyası Ermənistan Respublikasında rəsmi ideologiyaya çevrildi. Beləliklə, Ermənistan öz tarixində Dördüncü Respublika adlandırdığımız mərhələyə qədəm qoyur", - o bildirib.
Onun sözlərinə görə, Üçüncü Respublikanın Dördüncü Respublikadan nə ilə fərqləndiyini qeyd etmək vacibdir.
"Üçüncü Respublika ilk gündən münaqişə məntiqinə əsaslanırdı, Dördüncü Respublika isə sülh məntiqi əsasında formalaşıb", - Baş nazir qeyd edib.
Seul KXDR-ın Yaponiya dənizi istiqamətində 10-a yaxın raket buraxdığını bəyan edib