İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ ilə hərbi əməliyyatların yenidən başlayacağı təqdirdə daha güclü silahlar hazırladığını bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə SEPAH-ın rəsmi nümayəndəsi Hüseyn Mohebi "Defa Press" agentliyinə açıqlamasında bildirib.
"Əgər müharibə yenidən başlasa, istifadə edəcəyimiz silahlar şübhəsiz ki, fərqli olacaq. Bu fərq döyüş başlıqlarının yeni nəslində, dəqiqlikdə, raketlərin mənzilində və ya hər hansı digər göstəricidə özünü göstərə bilər", — deyə Mohebi qeyd edib.
Onun sözlərinə görə, İran hərbçiləri hər gün öz imkanlarını artırır və daha dəqiq, dağıdıcı və texnoloji silahların yaradılması üzərində işləyirlər.
Əvvəllər SEPAH baş komandanının müşaviri Məhəmməd Rza Nəqdi "RT" kanalına müsahibəsində bəyan etmişdi ki, ABŞ İranda iki məqsəd güdürdü — hökuməti devirmək və ölkəni parçalamaq, lakin hər iki cəhd uğursuzluqla nəticələndi.
Hökumətin yeni proqramı "Real Ermənistan" konsepsiyası üzərində qurulub - Paşinyan
Seul KXDR-ın Yaponiya dənizi istiqamətində 10-a yaxın raket buraxdığını bəyan edib