Məhsul yığımı kampaniyasının yekunlarına əsasən, 500-ə yaxın aqrar sahə işçisi ölkənin cənub sərhədinə hərbi toplanışa göndəriləcək.
“İki sahil” xəbər verir ki, "STV" telekanalının verdiyi məlumata görə, Prezident Aleksandr Lukaşenkonun tapşırığına uyğun olaraq, biçin dövründə işinə yaxşı yanaşmayan aqrar-sənaye kompleksi əməkdaşları 60 günə qədər davam edəcək hərbi toplanışa çağırılırlar.

İyulun sonunda Lukaşenko xüsusilə məhsul yığımı dövründə pis işləyən və kənd təsərrüfatında əmək intizamına əməl etməyənlərin Ukrayna ilə sərhədin mühafizəsi üçün orduya göndərilməsi barədə sərəncam vermişdi.
Telekanalın məlumatına görə, hərbi mükəlləfiyyətli mütəxəssislər və mexanizatorlar xüsusi əməliyyat qüvvələrinin bölmələrinə yönləndirilir. Orada onlar intensiv hazırlıq keçəcəklər — zirehli daşıyıcıların (BTR) sınağından, psixoloji zolaqdan, atış, taktiki, mühəndislik və tibbi hazırlıq məşğələlərindən keçəcəklər. Ordu bazasını mənimsədikdən sonra ehtiyatda olanlar təlim-döyüş tapşırıqlarını yerinə yetirmək üçün ölkənin cənub sərhədlərinə yola düşəcəklər.
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır