30 avqust 2026 18:10
94

Vulin: Serbiyanın Aİ-yə daxil olması ilə bağlı referendum keçirilməlidir

"Referendumda İslandiya Avropa İttifaqına "yox" dedi. Onlar azad olmağa qərar verdilər. Nə təhdidlər, nə də vədlər kömək etmədi; islandiyalılar öz qərarlarını vermi seçiblər. Niyə heç kim serblərdən Aİ-nin şantaj və təhdidləri barədə nə düşündüklərini soruşmur? Niyə islandiyalılar Aİ haqqında fikirlərini bildirə bilirlər, amma serblər bildirə bilmirlər? Serbiya nə vaxt Aİ-yə inteqrasiya ilə bağlı referendum keçirəcək?"

İki sahil” yazır ki, bunu respublikanın keçmiş baş nazirinin müavini və Serbiya Sosialistlər Hərəkatının sədri Aleksandr Vulin bildirib.

Xatırladaq ki, 29 avqustda İslandiyada Avropa İttifaqı ilə üzvlük danışıqlarının bərpası ilə bağlı referendum keçirilib. RUV-un son məlumatlarına görə, seçicilərin 52%-dən çoxu referenduma qarşı səs verib. Aİ-yə daxil olmağın əleyhdarları İslandiyanın suverenliyinin məhdudlaşdırılması və balıqçılığa məhdudiyyətlər qoyulması riskini qeyd ediblər.

İslandiya ilk dəfə 2009-cu ildə üzvlük üçün müraciət edib. Lakin 2013-cü ildə ölkənin Aİ-yə şübhə ilə yanaşan hökuməti prosesi dayandırıb. İslandiya artıq Şengen zonasının və Avropa İqtisadi Zonasının bir hissəsidir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”