İsveç şahzadəsi Madlen təbiətə və ətraf mühitin qorunmasına marağı artırmaq üçün hazırlanmış yeni “Nunanın sorağında” uşaq serialını təqdim edib.
“İki sahil” xəbər verir ki, layihənin ideyası pandemiya dövründə - şahzadə və rəfiqəsi gələcək serial üçün konsepsiya hazırlamağa başlayanda ortaya çıxıb. Madlen təqdimatda həyat yoldaşı və iki uşağı ilə birlikdə iştirak edib.
Şahzadənin sözlərinə görə, onun əsas ilham mənbələrindən biri atası, İsveç Kralı XVI Karl Qustav idi. O, uşaqlıqdan qızına təbiət sevgisi aşılayıb, tez-tez ailə gəzintiləri təşkil edib və ətraf mühiti qorumağın vacibliyini öyrədib.
Madlen,, həmçinin öz uşaqlarından ilham alıb. Məsələn, oğlu Nikolasın sevimli yumşaq oyuncağı serialın personajlarından biri olan Manqo adlı kiçik uçan dələ üçün ilham mənbəyi olub.
Serialın premyerası dekabrın 5-də İsveçdə “SkyShowtime” yayım platformasında olacaq.
JPost: İsrail kəşfiyyatı İrana qarşı hərbi əməliyyatların bərpasını dəstəkləyir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər