ABŞ-ın İrana qarşı iqtisadi təzyiqi bir neçə həftə və ya aylarla davam edə bilər.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent Aşvildə G20 ölkələrinin maliyyə nazirlərinin iclası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
"Yaxşı danışıqlar oldu və mən düşünürəm ki, təzyiqi artırmaq üzrə kampaniyamız bir neçə həftə və ya ay davam edə bilər", - o deyib.
Artan sanksiya təzyiqi altında qalan İran iqtisadiyyatının nə vaxt çökəcəyi barədə suala o deyib:
"İqtisadiyyat mütləq çökməli deyil. Sadəcə İran rejimi ağlını başına yığmalıdır".
Qazaxıstan ŞƏT-də nəqliyyat və regional təhlükəsizlik məsələlərinə xüsusi diqqət ayırır – Dulatbek Kıdırbekulı
ABŞ və Rusiya maliyyə nazirləri Trampın Ukrayna ilə bağlı planını müzakirə edirlər