15 noyabr 2026 23:11
98

Estoniya Rusiya ilə sərhəd keçid məntəqələrini bağlayacaq

Estoniya dekabrın 1-dən etibarən Rusiya sərhədindəki bütün keçid məntəqələrini bağlayacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bildirib.

"Estoniya 1 dekabrdan etibarən Estoniya ilə Rusiya arasındakı bütün sərhəd keçid məntəqələrini bağlayacaq. Mən bu qərar barədə Finlandiya, Latviya və Litvadan olan həmkarlarımı məlumatlandırdım", - deyə o, X sosial şəbəkəsində yazıb.

Estoniyanın daxili işlər naziri İqor Taro da hökumətin gələn həftə Rusiya ilə sərhədi bağlamaq qərarı verə biləcəyini açıqlayıb.

“Estoniya artıq Rusiya ilə sərhəd tranzitini əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. İndi an gəlib çatıb: dekabr ayından etibarən həm piyadalar, həm də nəqliyyat vasitələri üçün bütün sərhəd keçidlərinin tamamilə bağlanması məsələsini hökumətə təqdim edəcəyəm”, - deyə Taro bildirib. O, əlavə edib ki, sərhədin bağlanması qərarı ya müvəqqəti, ya da daimi ola bilər.