31 avqust 2026 20:49
111

ABŞ və Rusiya maliyyə nazirləri Trampın Ukrayna ilə bağlı planını müzakirə edirlər

ABŞ və Rusiya maliyyə nazirləri Skott Bessent və Anton Siluanov G20 iclası çərçivəsində keçirilən görüş zamanı ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna münaqişəsinə dair sülh planını müzakirə edirlər.

“İki sahil” xəbər verir ki, bu barədə "FOX Business" jurnalisti Edvard Lourens "X" sosial şəbəkəsində bildirib.

"G20 kuluarlarından FOX Business-in ilk məlumatı: ABŞ maliyyə naziri Skott Bessent hazırda Rusiyanın maliyyə naziri ilə görüşür. Bessent prezident Trampın Ukrayna üzrə 28 bənddən ibarət sülh planını irəli sürür", - o yazıb.