Pentaqon raket istehsalını artırmaq üçün "General Dynamics Ordnance and Tactical Systems" (GD-OTS) və "Lockheed Martin" şirkətləri ilə yeddiillik sazişlər bağlayıb.
“İki sahil” "Sky News"a istinadən xəbər verir ki, sazişlər THAAD və "Patriot PAC-3 MSE" raket əleyhinə müdafiə sistemlərinin əsas komponentlərin istehsal həcminin artırılmasını və tədarükünün sürətləndirilməsini nəzərdə tutur.
"General Dynamics" xüsusilə, PAC-3 MSE raket əleyhinə vasitələrin buraxılışı üzrə istehsal gücünü üç dəfə, THAAD istehsalı üzrə gücünü isə dörd dəfə artırmaq niyyətindədir. Həmçinin mühərrik gövdələrinin, yüksək həssaslığı olan başlıqların və digər komponentlərin buraxılışının artırılması planlaşdırılır.
ABŞ müdafiə nazirinin satınalmalar və maddi-texniki təminat məsələləri üzrə müavini Maykl Daffi bildirib ki, sazişlər istehsal müddətlərini qısaltmağa və ABŞ-nin daxili istehsal güclərinin genişləndirilməsini sürətləndirməyə imkan verəcək.
Şon Daffi: ABŞ-da 10 mindən çox reysin ləğvinə səbəb olan nasaz qurğu aşkarlanıb
JPost: İsrail kəşfiyyatı İrana qarşı hərbi əməliyyatların bərpasını dəstəkləyir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər