Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə onların Kiyevə qarşıdakı səfərinin detallarını müzakirə edib.
“İki sahil” xəbər verir ki, Zelenski bu barədə sosial şəbəkələrdə bildirib.
"ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə yaxşı telefon danışığı oldu. Söhbət ətraflı və konstruktiv idi. ABŞ və Ukrayna danışıqlar heyətləri arasında dialoq daim davam edir və hazırda biz Ukrainaya səfərin tarixini müzakirə edirik. Bu səfər sülhə gedən yolda qərarların hazırlanması üçün çox faydalı olardı", - o yazıb.
Zelenski həmçinin həmsöhbətlərini döyüş meydanındakı vəziyyət barədə məlumatlandırıb, Rusiyanın cüzi uğurlarını qeyd edərək, onların böyük itkilər hesabına əldə edildiyini vurğulayıb.
O əlavə edib ki, danışıqlar heyətləri gündəliyin razılaşdırılması və sonrakı əlaqələrin qrafikinin müəyyən edilməsi üçün əlaqə saxlamağa davam edəcəklər.
Avropada 17 ölkənin sərhəd və polis orqanlarının birgə əməliyyatı nəticəsində 112 nəfər saxlanılıb
Qazaxıstan ŞƏT-də nəqliyyat və regional təhlükəsizlik məsələlərinə xüsusi diqqət ayırır – Dulatbek Kıdırbekulı
ABŞ və Rusiya maliyyə nazirləri Trampın Ukrayna ilə bağlı planını müzakirə edirlər