ABŞ-nin Arizona ştatında Böyük Kanyon Milli Parkında baş verən daşqın nəticəsində azı iki nəfər ölüb, 14 nəfər itkin düşüb.
“İki sahil” "ABC News"a istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Parklar Xidməti məlumat yayıb.
Qeyd olunub ki, daşqınlar həftəsonu milli parka ziyan vurub, düşərgələr, tikililər, piyada cığırları və mühüm infrastruktur dağılıb. İlkin qiymətləndirmələrə görə, "Transcanyon Waterline" parkının su kəmərinin təxminən 40 %-i zədələnib və ya dağılıb.
Hakimiyyət orqanları təxliyə prosesinə başlayıb. Axtarış-xilasetmə əməliyyatı davam edir.
ABŞ Milli Meteorologiya Xidməti Böyük Kanyonda, eləcə də Arizonanın şimalı və mərkəzində ən azı bazar ertəsi axşamınadək təkrar daşqın riskinin olduğunu elan edib.
Avropada 17 ölkənin sərhəd və polis orqanlarının birgə əməliyyatı nəticəsində 112 nəfər saxlanılıb
Qazaxıstan ŞƏT-də nəqliyyat və regional təhlükəsizlik məsələlərinə xüsusi diqqət ayırır – Dulatbek Kıdırbekulı
ABŞ və Rusiya maliyyə nazirləri Trampın Ukrayna ilə bağlı planını müzakirə edirlər