Yayda Qarsda çox uğurlu biznes-forum keçirilib və bu forumda Ermənistan tərəfi geniş tərkibdə təmsil olunub.
“İki sahil” xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib.
"Türkiyə tərəfinin təklifi və bizim razılığımızla növbəti biznes-forumun Ermənistanda keçirilməsini planlaşdırırıq", - o qeyd edib.
Mirzoyan izah edib ki, tədbir oktyabrın əvvəlində baş tutacaq.
Xatırladaq ki, cari ilin iyun ayında Qarsda Türkiyə və Ermənistanın işgüzar dairələrinin nümayəndələrinin "B2B" formatında görüşü keçirilib.
Şon Daffi: ABŞ-da 10 mindən çox reysin ləğvinə səbəb olan nasaz qurğu aşkarlanıb
JPost: İsrail kəşfiyyatı İrana qarşı hərbi əməliyyatların bərpasını dəstəkləyir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər