İsrail hərbçiləri Qəzza şəhərində HƏMAS-ın hərbi qanadının komandirini zərərsizləşdiriblər.
“İki sahil” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Qəzzanın rayonlarından birində zərbə nəticəsində Ömər Məhəmməd Rüşdi Sarac zərərsizləşdirilib. Məlumata görə, o, Fələstinin HƏMAS hərəkatının hərbi qanadının komandirlərindən biri olub və Qəzza şəhəri ərazisində radikal dəstələrin silahla təchiz edilməsinə cavabdeh idi.
Zərbə nəticəsində həmçinin HƏMAS silahlı dəstələrinin daha bir üzvü də məhv edilib, onun adı açıqlanmayıb.
Şon Daffi: ABŞ-da 10 mindən çox reysin ləğvinə səbəb olan nasaz qurğu aşkarlanıb
JPost: İsrail kəşfiyyatı İrana qarşı hərbi əməliyyatların bərpasını dəstəkləyir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər