01 sentyabr 2026 08:49
99

Hücumlar nəticəsində altısı "Ukrayna Dəmir Yolları"nın (UDY) işçisi olmaqla, yeddi nəfər ölüb

Çərşənbə axşamına keçən gecə Rusiya qoşunları Kiyevdəki dəmir yolunun deposuna və digər obyektlərinə ballistik raketlərlə zərbə endirib, hücumlar nəticəsində altısı "Ukrayna Dəmir Yolları"nın (UDY) işçisi olmaqla, yeddi nəfər ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə "Facebook"da UDY-nin rəhbəri Aleksandr Pertsovski məlumat paylaşıb. Onun sözlərinə görə, hədəf əvvəlcədən müəyyənləşdirilib, bir əməkdaş yaralanaraq xəstəxanaya yerləşdirilib, ona lazımi yardım göstərilir.

Şirkət rəhbəri genişmiqyaslı dağıntılar barədə danışıb: deponun yaxınlığında sex tamamilə dağılıb, xilasedicilər hələ də bir sıra yanğın ocaqlarını söndürürlər.

Zərbə səbəbindən iki xəttdə hərəkət müvəqqəti olaraq bağlanıb.