Ermənistanın baş naziri Nikol Paşinyan Bişkekə səfəri çərçivəsində ABŞ senatoru Stiv Deynsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb və İrəvanla Vaşinqton arasında strateji tərəfdaşlığın inkişafının vacibliyini vurğulayıb. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat verib.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Baş nazir Nikol Paşinyan Bişkekdə ABŞ senatoru Stiv Deynsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Həmsöhbətlər müxtəlif istiqamətlər üzrə Ermənistan–ABŞ strateji tərəfdaşlığının ardıcıl inkişafının vacibliyini vurğulayıblar. Regional proseslərə və baş verən hadisələrə toxunulub. Kommunikasiyaların blokdan çıxarılması və inkişafında TRIPP layihəsinin rolu qeyd olunub. Bu kontekstdə layihənin həyata keçirilməsi gedişatı və qarşıda duran planlar barədə fikir mübadiləsi aparılıb", — deyə məlumatda bildirilir.