01 sentyabr 2026 12:04
86

Si Çinpin ŞƏT-in yaradılmasını terror təhlükəsinə cavab adlandırıb

ÇXR lideri Si Çinpin Şanxay Əməkdaşlıq Təşkilatının "soyuq müharibə"nin dərsləri nəzərə alınaraq yaradıldığını vurğulayıb.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) terror təhlükəsinə cavab olaraq mövcuddur və Soyuq müharibənin dərsləri nəzərə alınaraq yaradılıb"- deyə ÇXR sədri Si Çinpin bəyan edib.

"25 il əvvəl Soyuq müharibənin dərin dərsləri, "üç şər qüvvə" (terrorizm, ekstremizm və separatizm) tərəfindən gələn real təhlükə və bütün ölkələrin xalqlarının sülhə və inkişaf qayğısına olan coşğun canatması nəzərə alınaraq, suverenliyin, təhlükəsizliyin və inkişaf maraqlarının müdafiəsi region ölkələrinin ümumi konsensusuna çevrildi", — deyə o, ŞƏT-ə üzv dövlətlərin başçılarının Bişkekdə keçirilən Şurasının iclasında vurğulayıb.

"Məhz buna görə də ŞƏT yaradıldı və o, hər keçən gün öz həyat qabiliyyətini və dinamizmini daha parlaq şəkildə nümayiş etdirir"- deyə, o, qeyd edib.