01 sentyabr 2026 14:53
85

"Spiegel": Berlin Rusiyanın Bonndakı baş konsulluğunu bağlamaq imkanını araşdırır

AFR hökuməti rusiyalı diplomatları Almaniyadan çıxarmağı planlaşdırır və son günlər RF-nin Bonndakı baş konsulluğunun bağlanması imkanını müzakirə edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı mənbələrə istinadla məlumat verib.

KİV Leypsiq/Halle hava limanında dronla bağlı baş verən insidenti bu cür tədbirlərin görülməsinə səbəb kimi göstərir. Nəşr yazır ki, Berlindəki Rusiya Evinin də bağlanması istisna olunmur. Həmçinin AFR Nazirlər Kabinetinin NATO Müqaviləsinin 4-cü maddəsinə uyğun olaraq məsləhətləşmələr sorğulamamaq qərarına gəldiyi iddia edilir.

Gözlənilir ki, daxili işlər naziri Aleksander Dobrindt və xarici işlər naziri Yohann Vadeful birgə mətbuat konfransı keçirərək Leypsiqdəki insidentin təhqiqat nəticələri və hökumətin ola bilsin atacağı addımlar barədə məlumat verəcəklər.

Avqustun 29-da Avropanın "Politico" nəşri, eləcə də bir sıra Almaniya KİV-ləri kansler Mertsin həftənin əvvəlində Leypsiqdəki insidentə görə məsuliyyəti Rusiyanın üzərinə qoymağı və genişmiqyaslı cavab tədbirlərini elan etməyi planlaşdırdığını xəbər vermişdi.

RF-nin AFR-dəki səfirliyi bundan əvvəl Leypsiq/Halle hava limanında dronla bağlı baş verən insidenti tələsik hazırlanmış təxribat adlandırmışdı.

Avqustun 4-ü axşam saatlarında hava limanının uçuş sahəsində Ukraynaya məxsus "An" yük təyyarəsinin yanında partlayıcı qurğu ilə təchiz olunmuş PUA tapılmışdı. Həmin gecə ikinci pilotsuz uçuş aparatı "DHL" şirkətinin yük təyyarəsi ilə toqquşmuşdu. Sonradan məlum olub ki, 10 gün sonra müstəntiqlər üçüncü PUA-nı, eləcə də güclü partlayıcı maddənin izlərini tapıblar.