Əminəm ki, Bişkek sammitinin yekunları ümumi məqsədlərə nail olunmasına yeni təkan verəcək, Şanxay Əməkdaşlıq Təşkilatını Avrasiya məkanında sabitliyin təmin edilməsinin ən mühüm dayaqlarından biri kimi daha da möhkəmləndirəcək.
“İki sahil” xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bişkekdə “ŞƏT plyus” formatında keçirilən görüşdə deyib.
Qazaxıstan Prezidenti bildirib ki, ŞƏT-ə üzv ölkələrin mövqeləri və təşəbbüsləri qlobal idarəetmə mexanizmində öz layiqli əksini tapmalıdır. Qazaxıstan bu prosesə fəal dəstək göstərməyə hazırdır.
ABŞ İranın hücumunu dəf etmək üçün bir gecədə 80 "Patriot" raketi istifadə edib
"Spiegel": Berlin Rusiyanın Bonndakı baş konsulluğunu bağlamaq imkanını araşdırır