İran dünyada analoqu olmayan yeni hava hücumundan müdafiə sistemləri işləyib hazırlayır.
“İki sahil” "Tasnim" agentliyinə istinadla xəbər verir ki, bu barədə İran HHM qüvvələrinin komandanı Əlireza Elhami bəyan edib.
"Tamamilə yerli istehsal olan yeni HHM sistemləri işlənilir və yaradılır. Bu layihələr tədricən məlum xarici analoqları olmayan istifadəyə hazır silah nümunələrinə çevrilir", — deyə "Tasnim" agentliyi onun sözlərindən sitat gətirir.
Elhaminin iddiasına görə, İran HHM sistemlərinin üstünlüklərindən biri düşmənin onların xüsusiyyətləri, imkanları və iş prinsipləri haqqında məlumatsız olmasıdır.
Bütün zəruri sınaqlardan və prosedurlardan keçdikdən sonra yeni hava hücumundan müdafiə vasitələri seriyalı istehsala veriləcək.
Şon Daffi: ABŞ-da 10 mindən çox reysin ləğvinə səbəb olan nasaz qurğu aşkarlanıb
JPost: İsrail kəşfiyyatı İrana qarşı hərbi əməliyyatların bərpasını dəstəkləyir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər