Böyük Britaniya İsrailin İordan çayının Qərb sahilində yaşayış məskənləri tikmək planları ilə əlaqədar yaxın həftələrdə həmin dövlətə qarşı kompleks tədbirlər paketi təqdim edəcək.
“İki sahil” "Reuters"ə istinadla xəbər verir ki, bu barədə Birləşmiş Krallığın xarici işlər naziri Ed Miliband bildirib.
Məlumata görə, o, qanunvericilərə bildirib ki, İsrailin E1 layihəsi fələstinlilərin yaşadığı ərazidən keçir.
"Biz tədbir görəcəyik və mən yaxın həftələrdə kompleks tədbirlər toplusunu təqdim edəcəyəm", - Miliband Londonun münaqişənin iki dövlət yaradılması yolu ilə həllini dəstəkləməkdə davam etdiyini vurğulayaraq deyib.
Böyük Britaniyanın Baş naziri Endi Börnhem daha əvvəl bildirib ki, Qərb sahilindəki İsrail yaşayış məskənləri ilə mal ticarətinin qadağan edilməsi üzrə tədbirləri nəzərdən keçirir.
İsrailin xarici işlər naziri Gideon Saar isə bildirib ki, hər hansı tədbir tətbiq olunacağı halda Təl-Əviv Böyük Britaniyaya qarşı hərəkətə keçəcək.
Ermənistan və ABŞ nümayəndələri TRIPP-in həyata keçirilməsi çərçivəsində Sünikə səfər ediblər
ABŞ İranın hücumunu dəf etmək üçün bir gecədə 80 "Patriot" raketi istifadə edib