ABŞ-nin çərşənbə axşamı İrana endirdiyi zərbələr radarları hədəfə alıb.
“İki sahil” xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib.
"Onlar radarları təmir etməyə çalışıblar, çünki radarsız onlar tamamilə kor olurlar. Təmir işləri başa çatana qədər gözlədik və zərbə endirdik", - o deyib.
Tramp yenidən İranı bölgədəki ABŞ hədəflərinə qarşı cavab zərbələrini davam etdirəcəyi təqdirdə daha güclü zərbələrlə hədələyib.
Amerika lideri əlavə edib ki, Tehranla razılaşmaya can atmır. "Düşünmürəm ki, onlarla razılaşma yazılan kağıza dəysin. Biz onlara çoxlu şans vermişik", - Tramp fikirlərini yekunlaşdırıb.
Şon Daffi: ABŞ-da 10 mindən çox reysin ləğvinə səbəb olan nasaz qurğu aşkarlanıb
JPost: İsrail kəşfiyyatı İrana qarşı hərbi əməliyyatların bərpasını dəstəkləyir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər