02 sentyabr 2026 10:39
91

Macarıstan Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqları YENİDƏN BLOKLAYIB

Macarıstan Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqları yenidən bloklayıb.  Budapeşt vahid bazara çıxış və sosial siyasət məsələlərinin müzakirəsini dayandırıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Euractiv" portalə xəbər yayıb.

Budapeşt Kiyevin əvvəlcə etnik macarların hüquqları haqqında sazişi icra etməli olduğunu əsas gətirərək ikinci və üçüncü danışıqlar klasterlərinin açılmasını təsdiqləməkdən imtina edib. Portal xatırladır ki, danışıqların hər bir mərhələsinin açılması üçün Aİ-yə üzv olan 27 dövlətin hamısının yekdil dəstəyi tələb olunur. Macarıstan tərəfi bənzər iddiaları artıq iyul ayında da irəli sürmüşdü.

Aİ-yə daxilolma üzrə danışıqlar prosesi 33 bölməyə (fəslə) bölünür ki, onlar da öz növbəsində qeyri-bərabər şəkildə altı klasterdə birləşdirilib. Danışıqların başlaması heç bir zaman çərçivəsi təyin etmir və Aİ-yə qəbul zəmanəti vermir. Belə ki, gələn il Aİ-yə daxil ola biləcək Monteneqro artıq 14 ildir ki, bu danışıqları aparır. Qəbul üçün heç bir şansı olmayan Türkiyə isə formal olaraq namizəd olaraq qalır və 21 ilə yaxındır ki, qəbulla bağlı danışıqlar aparır.