02 sentyabr 2026 10:43
88

Çin xəbərdarlıq edib

Çin Dövlət Şurasının Tayvan İşləri üzrə Dəftərxanasının rəsmi nümayəndəsi Çjan Han bildirib ki, Taybeydəki hazırkı administrasiya tərəfindən hərbi büdcə xərclərinin artırılması Tayvan sakinləri üçün fəlakətlə nəticələnə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Lay Çingdenin rəhbərlik etdiyi hakimiyyət sözdə "Tayvanın müstəqilliyinə" can ataraq inadla separatçı mövqedən yapışır. Onlar Tayvanın sülhə, inkişafa, mübadilələrə və əməkdaşlığa can atan əksər sakinlərinin rəyini görməzdən gəlirlər", — deyə o, Taybeyin hərbi ayırmaları artırmasını şərh edərkən həftəlik brifinqdə vurğulayıb.

"Bu, tamamilə onların imkanlarını aşır və Tayvan əhalisi üçün yalnız ciddi bəla ilə nəticələnəcək".

Rəsmi nümayəndənin dəqiqləşdirdiyinə görə, Lay Çingde Tayvan boğazının iki sahili arasında qarşıdurmanı düşünmədən qızışdırır, materik Çin ilə birləşməyə müqavimət göstərmək üçün silahlanmağa əbəs cəhdlə vergiödəyicilərinin vəsaitlərini israfçılıqla xərcləyir" və silahlı yolla müstəqilliyə nail olmağa çalışır.

"Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək qətiyyətimiz sarsılmazdır, imkanlarımız isə müqayisəolunmaz dərəcədə böyükdür. Biz heç bir halda sözdə 'Tayvanın müstəqilliyi uğrunda hərəkat' tərəfdarlarının separatçı fəaliyyətinə onun hər hansı təzahüründə imkan verməyəcəyik", — deyə Çjan Han əlavə edib.