İranın İraq Kürdüstanı ərazisindəki ABŞ hərbi obyektlərinə endirdiyi zərbələr nəticəsində Birləşmiş Ştatların Silahlı Qüvvələri itki verməyib.
“İki sahil” xəbər verir ki, bu barədə Pentaqondakı mənbələrə istinadən Amerikanın "Al-Monitor" portalı məlumat verib.
"Şəxsi heyətimizlə hər şey qaydasındadır", — deyə portalın həmsöhbəti qeyd edib.
Əvvəllər İranın "Fars" agentliyi İraq Kürdüstanında ABŞ-nin hərbi obyektlərinə, xüsusən də Ərbildəki bazaya endirilən zərbələr barədə xəbər vermişdi. İran tərəfi ABŞ Silahlı Qüvvələrinin təmir mərkəzinin və texniki avadanlıq anbarlarının məhv edildiyini bildirmişdi. Həmçinin İran hərbçiləri ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına da hücum ediblər.