ABŞ-ın İranın cənubuna endirdiyi zərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ən azı dörd hərbi qulluqçusu həlak olub.
“İki sahil” xəbər verir ki, bu barədə SEPAH-ın Kermanşah vilayəti üzrə mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, korpusun Aviasiya-Kosmik Qüvvələrinin döyüşçüləri həlak olublar.
Sentyabrın 1-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İran ərazisindəki hədəflərə bir sıra zərbələr endirildiyini bildirib. "Press TV" telekanalının məlumatına görə, partlayışlar ölkənin cənub sahillərində, o cümlədən Qeşm adasında və bir sıra şəhərlərdə baş verib. İran cavab olaraq ABŞ-nin BƏƏ, İordaniya, İraq və Bəhreyndəki hərbi bazalarına zərbələr endirib.
Şon Daffi: ABŞ-da 10 mindən çox reysin ləğvinə səbəb olan nasaz qurğu aşkarlanıb
JPost: İsrail kəşfiyyatı İrana qarşı hərbi əməliyyatların bərpasını dəstəkləyir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər