02 sentyabr 2026 12:15
91

Çin Zelenskinin hədələrindən sonra danışıqlara ÇAĞIRIŞ EDİB

Dialoq və danışıqlar Ukrayna böhranının tənzimlənməsi üçün yeganə həyataqabiliyyətli yol olaraq qalır.

“İki sahil” RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Cyakun bəyan edib.

Diplomat brifinqdə Vladimir Zelenskinin Rusiya hava məkanındakı mülki aviasiyaya qarşı hədələrini belə şərh edib.

"Dialoq və danışıqlar Ukrayna böhranının tənzimlənməsinə aparan yeganə həyataqabiliyyətli yoldur", — deyə Qo Cyakun bildirib.

O, həmçinin münaqişə iştirakçılarını təmkinli olmağa çağırıb: "Çin tərəfi bütün tərəfləri sakitliyi və təmkinliyi qorumağa çağırır".