02 sentyabr 2026 12:25
91

Macarıstan Aİ-dən kompensasiya almağa çalışacaq

Macarıstanın yeni hökuməti miqrasiya sahəsində ümumavropa qaydalarını yerinə yetirməkdən imtina etməsi ilə əlaqədar gündəlik 1 milyon avro məbləğində cərimənin ödənilməsinə görə Avropa İttifaqından kompensasiya almağa çalışacaq.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə baş nazir Peter Madyar bəyan edib.

O, həmçinin Budapeştin qaçqınlar və miqrantlara münasibətdə öz mövqeyini dəyişmək niyyətində olmadığını təsdiqləyib.

Hökumət rəhbəri bildirib ki, bu məsələni Budapeştdə Avropa Parlamentində ən böyük fraksiyaya malik fövqəlmilli Avropa Xalq Partiyasının lideri Manfred Veber ilə görüşündə müzakirə edib. "AXP sədri Avropanın xarici sərhədlərinin müdafiəsi zamanı tətbiq edilən sığınacaq verilməsi qaydalarına görə Macarıstanın gündəlik 1 milyon avro məbləğində cərimə ödəməməsinə imkan verən həll yolunun nəhayət tapılması üçün köməklik təklif etdi. Mən aydın şəkildə bildirdim ki, Macarıstan öz sərhədlərini qorumaqda davam edəcək və Aİ-nin yeni büdcəsinin müzakirəsi zamanı indiyədək ödəədiyi cərimənin kompensasiya olunmasını xahiş edəcək", — deyə Madyar "Facebook" səhifəsində yazıb.

Baş nazir Budapeştə gələcək Avropa Şurasının rəhbəri Antoniu Koşta ilə görüşündə bu məsələni qaldırmaq niyyətində olduğunu bildirib. Koşta birliyin yeni yeddiillik büdcəsini müzakirə etmək üçün Aİ ölkələrinin bütün paytaxtlarına səfər edir.