İspaniya uzun müddətdir ki, Ukraynaya "Patriot" kompleksləri üçün raketlər tədarük edir və bunu davam etdirir.
“İki sahil” xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Aİ XİN rəhbərlərinin qeyri-rəsmi görüşünə gələrkən bəyan edib.
"Biz bunu artıq uzun müddətdir edirik və etməkdə davam edirik", — deyə Albares jurnalistlərin müvafiq sualına cavab verərkən bildirib.
Əvvəllər "Bloomberg" agentliyi xəbər vermişdi ki, NATO və Avropa İttifaqı ölkələri "Patriot" sistemləri üçün raket-tutucuların Ukraynaya verilməsinə nail olmaq məqsədilə İspaniya və Yunanıstana təzyiq göstərirlər. Agentlik qeyd edirdi ki, müttəfiqlərin Kiyevə yönəltmək istədikləri bu tür raket ehtiyatlarına məhz İspaniya və Yunanıstan malikdir.