02 sentyabr 2026 14:16
98

Merkel Almaniya prezidenti olacaq? - İDDİALARA MÜNASİBƏT BİLDİRİB

Almaniyanın sabiq kansleri Angela Merkel ölkə prezidenti olmaq istəmədiyini bildirərək, bu cür təklifləri "absurd" adlandırıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Digi24" telekanalı məlumat yayıb.

"Almaniyanın federal prezidenti vəzifəsinə gəldikdə, bu, absurddur. Mən bu barədə narahat olmaq istəmirəm. Həyatda məşğul ola biləcəyiniz çoxlu başqa gözəl şeylər var", - deyə o, Buxarestdə baş tutan memuarlarının təqdimatında bildirib.

Angela Merkel 16 il ərzində — 2005-ci ildən 2021-ci ilədək AFR hökumətinə rəhbərlik edib. Ölkənin hazırkı prezidenti Frank-Valter Ştaynmayer 2022-ci ildə ikinci müddətə yenidən seçilib, onun səlahiyyət müddəti 2027-ci ildə başa çatacaq.