Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Bakı Politoloqlar Klubunun təşkilatçılığı ilə “Azərbaycanın orta güc statusu: Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanlar” mövzusunda ekspert müzakirəsi keçirilib. Tədbirdə Milli Məclisin deputatları, politoloqlar, beyin mərkəzlərinin nümayəndələri və elm adamları iştirak ediblər.
“İki sahil” xəbər verir ki, müzakirələrdə Azərbaycanın xarici siyasətində son dövrdə baş verən proseslər, Mərkəzi Asiya ilə əməkdaşlığın yeni mərhələsi və ŞƏT çərçivəsində yaranan geosiyasi imkanlar təhlil olunub.
Qeyd edilib ki, Prezident İlham Əliyevin son dövrdə Mərkəzi Asiya dövlətlərinin rəhbərləri ilə intensiv təmasları Azərbaycanın Cənubi Qafqazla Mərkəzi Asiya arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrində rolunu artırır. Xüsusi olaraq Prezident İlham Əliyevin iyulun 31-də Qırğızıstana və avqustun 23-24-də Özbəkistana dövlət səfərlərinin nəticələri qeyd olunub. Qırğızıstanla Müttəfiqlik münasibətləri haqqında Müqavilənin, Özbəkistanla isə “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması iki ölkə ilə münasibətlərin strateji səviyyədə dərinləşməsi kimi qiymətləndirilib.
Prezident İlham Əliyevin Bişkekə işgüzar səfəri və ŞƏT tədbirlərində iştirakı da müzakirə olunub. Ekspertlər ŞƏT-i Azərbaycanın siyasi dialoqu genişləndirməsi, tərəfdaşlarla əlaqələri inkişaf etdirməsi və milli maraqlarını daha geniş coğrafiyada ifadə etməsi üçün mühüm platforma kimi dəyərləndiriblər. Onların qənaətinə görə, Azərbaycanın Mərkəzi Asiya siyasəti artıq sistemli regional xarakter alıb. Bu proses ölkənin “orta güc” statusunu möhkəmləndirir, diplomatik manevr imkanlarını genişləndirir və Azərbaycanın Türk dünyası və daha geniş Avrasiya məkanında rolunu artırır.
Vüqar Rəhimzadə: Dəyişikliklər Naxçıvanın inkişaf strategiyasının müasir çağırışlara uyğunlaşdırılmasının təsdiqidir
Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib - FOTO
Prezident İlham Əliyev Çin Ali Xalq Prokurorluğunun Baş prokurorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir
Prezident İlham Əliyev 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev: 2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina qurbanı olub