Almaniya Kansleri Fridrix Merts ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
“İki sahil” xəbər verir ki, Kansler Ofisinin yaydığı məlumatda telefon danışığı zamanı Fridrix Mertsin Leypsiq hava limanına edilən hibrid hücumun mənbəyinin müəyyənləşdirilməsi barədə Prezident Volodimir Zelenskini məlumatlandırdığı bildirilib. Kansler vurğulayıb ki, Ukrayna Almaniyanın həm mülki, həm də hərbi dəstəyinin davamlılığına etibar edə bilər.
Ukrayna Prezidenti isə Almaniyanın göstərdiyi yardıma, o cümlədən hava hücumundan müdafiə sahəsindəki dəstəyinə görə təşəkkürünü bildirib.
Şon Daffi: ABŞ-da 10 mindən çox reysin ləğvinə səbəb olan nasaz qurğu aşkarlanıb
JPost: İsrail kəşfiyyatı İrana qarşı hərbi əməliyyatların bərpasını dəstəkləyir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər