04 sentyabr 2026 23:08
111

Polşada dronlara qarşı vasitələrlə təchiz ediləcək əlavə zenit alayı yaradılacaq

Polşanın cənubunda dronlara qarşı vasitələrlə təchiz ediləcək əlavə zenit alayı yaradılacaq.

“İki sahil” xəbər verir ki,  bu barədə respublikanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış "X" sosial şəbəkəsində yazıb. O bildirib ki, söhbət Bjeskoda yerləşdiriləcək 87-ci zenit alayının formalaşdırılmasından gedir. Alay təxminən 1 000 hərbçidən ibarət olacaq və raket əleyhinə, hava hücumundan müdafiə və dronlara qarşı müdafiə texnikası ilə təchiz ediləcək. "Bu gün səhər mən 87-ci zenit alayının formalaşdırılması barədə qərarı imzaladım; 87-ci zenit alayı Bjeskoda yerləşəcək", - nazir qeyd edib.

Kosinak-Kamış əlavə zenit alayının hansı konkret silah nümunələri ilə təchiz ediləcəyini açıqlamayıb.