05 sentyabr 2026 18:47
98

Axtarışda olan 9 nəfər istintaqa təhvil verilib

Azərbaycanda sentybarın 4-də əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Belə ki, ötən gün polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.