07 sentyabr 2026 00:37
86

Sabiq Pentaqon rəhbəri: ABŞ və İran arasında silahlı münaqişə daha 6 ay davam edə bilər

“ABŞ və İran arasında silahlı münaqişə daha 6 ay davam edə bilər”.

“İki sahil” xəbər verir ki,  bunu ABŞ-ın sabiq müdafiə naziri və Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq direktoru Leon Panetta “The Guardian“ qəzetinə müsahibəsi zamanı bildirib. Panettanın sözlərinə görə, ABŞ və İran hazırda ciddi dalana dirənib və müharibəni başa çatdırmaq üçün imkanlar çox məhduddur. O, Donald Tramp administrasiyasının Yaxın Şərqdə daimi müharibəyə cəlb olunmasından ehtiyat edir və bunun İraq və Əfqanıstandakı müharibələrə bənzər növbəti uğursuzluqla nəticələnə biləcəyini düşünür.

Eks-nazir Trampın qarşısında üç variantın olduğunu deyib. Bunlardan biri müharibənin uğursuz olduğunu qəbul edərək hərbi əməliyyatları dayandırmaq, ikincisi eskalasiyaya getmədən hava zərbələrini davam etdirmək, lakin bu halda münaqişənin uzanması mümkündür, üçüncüsü isə Hörmüz boğazına nəzarəti ələ keçirərək İranın əsas üstünlüyünü aradan qaldırmaqdır.