07 sentyabr 2026 12:17
101

İran BMT Baş Assambleyasında iştirak etmək niyyətindədir

İran ABŞ öz öhdəliklərini yerinə yetirəcəyi və nümayəndə heyətinə vizaları vaxtında verəcəyi təqdirdə BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etməyi planlaşdırır.

“İki sahil” TASS-s istinadla xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai məlumat verib.

"Planlaşdırılır ki, biz bu görüşdə iştirak edəcəyik, əlbəttə ki, ev sahibi ölkə öz öhdəliklərini yerinə yetirəcəyi və sazişə uyğun olaraq giriş vizalarını vaxtında verəcəyi təqdirdə", — deyə diplomat keçirdiyi mətbuat konfransında bildirib.

İsmayıl Baqainin sözlərinə görə, Tehran cari məsələlərlə bağlı İranın mövqeyini izah etmək üçün bu beynəlxalq platformadan istifadə etmək niyyətindədir.