09 sentyabr 2026 23:50
90

Paytaxtın iki küçəsində hərəkət məhdudlaşdırılacaq

Aparılacaq təmir işləri ilə əlaqədar Xətai rayonu, Kazımağa Kərimov küçəsinin bir hissəsində və Nizami rayonu, Keşlə qəsəbəsi, 6-cı Keşlə küçəsində hərəkət məhdudlaşdırılacaq.

“İki sahil” xəbər verir ki,  bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Məlumata görə, təmir işlərinə 10 sentyabr saat 09:00-dan etibarən start veriləcək. Kazımağa Kərimov küçəsində hərəkətin qismən, 6-cı Keşlə küçəsində isə tam məhdudlaşdırılması nəzərdə tutulur.Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və qeyd olunan ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları xahiş olunur.