10 sentyabr 2026 08:51
93

Çində güclü leysan yağışları torpaq sürüşmələrinə səbəb olub

Çinin şərqində yerləşən Szyansi əyalətinin Suyçuan rayonunda baş verən torpaq sürüşmələri nəticəsində həlak olanların ümumi sayı 16 nəfərə çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə Sinxua agentliyi yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb. Bildirilir ki, bölgədə bir neçə gün davam edən güclü leysan yağışları torpaq sürüşmələrinə səbəb olub. Hazırda fəlakət bölgəsindən 18 mindən çox sakin təxliyə edilib.