16 sentyabr 2026 22:29
96

Gələn il Azərbaycanın səhiyyə xərcləri 2,9 faiz artacaq

Gələn il Azərbaycanın səhiyyə xərcləri 2,9 faiz artacaq.

“İki sahil” xəbər verir ki,  bu, Maliyyə Nazirliyinin 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb. Gələn il Azərbaycanın səhiyyə xərcləri 2 milyard 82,6 milyon olacaq. Bu, 2026-cı illə müqayisədə 58 milyon 285 min manat, yaxud 2,9 faiz çoxdur.

Qeyd edək ki, 2026-cı ildə səhiyyə xərcləri 2 milyard 24 milyon 314 min 550 manat olub.