16 sentyabr 2026 22:48
86

Növbəti 4 ildə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 20,4 % artacaq

Azərbaycanda orta aylıq əməkhaqqı 2030-cu ildə 1 551,5 manata çatacaq.

“İki sahil” bu barədə Maliyyə Nazirliyinin hesabatına istinadən xəbər verir. Proqnozlara əsasən, 2027-cı ildə ölkədə orta aylıq əməkhaqqı 1 288,3 manat, 2028-ci ildə 1 369,2 manat, 2029-cu ildə 1 466,9 manat təşkil edəcək. Beləliklə, növbəti 4 ildə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 20,4 % artacaq.

2026-ci il avqustun 1-nə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 1 176,7 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 7,2 % çoxdur.