Lənkəranda TIR minik avtomobili ilə toqquşub, ölən və yaralananlar var.
“İki sahil” xəbər verir ki, hadisə Ələt-Astara magistralının 155-ci kilometrliyində qeydə alınıb. Belə ki, Astara istiqamətində hərəkətdə olan 99-SU-026 dövlət qeydiyyat nişanlı "Mercedes Vito" markalı sərnişin avtomobili İran İslam Respublikasına gedən yük avtomobilinə çırpılıb. İlkin məlumata görə ölən və yaralananlar var.
Hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Nəqliyyat vasitəsində sıxılıb qalan meyitlər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
İlkin məlumata görə, iki nəfər həlak olub.
“Ulduz”un qarşısındakı yolda asfaltlanma işlərinin birinci mərhələsi yekunlaşıb
Biləsuvar və Cəlilabadın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq