Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçiriblər.
“İki sahil” xəbər verir ki, qadınlardan ibarət komanda IX turda Çexiyanı 4:0 hesabı ilə üstələyib. Kişi şahmatçılar isə Ermənistandan olan rəqiblərinə uduzublar - 1,5:2,5.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.