02 oktyabr 2026 22:57
113

Qərb ölkələri səfirliklərini Kiyevdən köçürmək üçün ehtiyat planlar hazırlayıblar

Qərb ölkələri Kiyevdə təhlükəsizlik vəziyyətinin pisləşəcəyi təqdirdə, səfirliklərini şəhərdən köçürmək üçün ehtiyat planlar hazırlayıblar.

“İki sahil” xəbər verir ki, bu barədə “The Guardian” iki diplomatik mənbəyə istinadla məlumat yayıb. Diplomatik nümayəndəliklərin Lvova və ya Polşanın şərqinə köçürülməsi nəzərdən keçirilir. Mənbələrdən biri vəziyyətin “sürətlə pisləşdiyini” bildirib.

Kiyev meri Vitali Kliçko isə şəhərdə vəziyyətin “çox gərgin” olduğunu deyib.