02 oktyabr 2026 23:14
83

Husilərin atdığı üç ballistik raket vurulub

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) tərəfindən krallığın cənubundakı Xamis-Muşayt şəhərinə doğru atılmış üç ballistik raketi zərərsizləşdirib.

“İki sahil” xəbər verir ki, bu barədə Səudiyyə Mətbuat Agentliyi məlumat yayıb."Koalisiya husilər tərəfindən Xamis-Muşayt istiqamətində atılmış üç ballistik raketi zərərsizləşdirib", - məlumatda qeyd olunub.

Yaralılar və ya dağıntılar barədə məlumat verilməyib.