03 oktyabr 2026 09:32
126

"Turan Tovuz" bu gün "Fənərbağça" komandası ilə yoxlama oyunu keçirəcək

"Turan Tovuz" bu gün Bakıda Türkiyənin "Fənərbağça" komandası ilə yoxlama oyunu keçirəcək.

“İki sahil” xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Matç saat 20:00-da start götürəcək. Görüşün baş hakimi Rəvan Həmzəzadə olacaq. Oyundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

Xatırladaq ki, 1994-cü ildə Azərbaycanı avrokuboklarda təmsil edən ilk komanda "Turan" olub. Qərb təmsilçisinin UEFA Kubokundakı (hazırkı UEFA Avropa Liqası) rəqibi isə "Fənərbağça" idi. İstanbul komandası hər iki matçda qalib gəlib - 5:0, 2:0.