03 oktyabr 2026 09:48
113

"Gəncə" "Ordu" ilə görüşəcək

Azərbaycan Basketbol Liqasında ilk turun daha bir oyunu bu gün keçiriləcək.

“İki sahil” xəbər verir ki, "Gəncə" "Ordu"nun qonağı olacaq. Bakı İdman Sarayındakı qarşılaşma saat 15:00-da start götürəcək.

Xatırladaq ki, daha əvvəl "Sabah" "LANDAU Lions"u (84:74), "Sumqayıt" NTD-ni (111:94) məğlub edib. "Naxçıvan" - "Neftçi" görüşü Bakı təmsilçisinin FIBA Avropa Kubokunda iştirakına görə təxirə salınıb.