04 oktyabr 2026 15:14
95

Cüdoçumuz dünya çempionatında yarımfinala yüksəlib

Bakıda keçirilən dünya cüdo üzrə dünya çempionatı davam edir.

“İki sahil” xəbər verir ki, Azərbaycan təmsilçisi Əhməd Yusifov yarımfinala vəsiqə qazanıb. Altmış kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız dörddəbir finalda rusiyalı Ayyub Bliyevi məğlub edib. 

O, yarımfinalda çinli Yunq Vey Yanqla qarşılaşacaq. Ə. Yusifov daha əvvə 1/8 finalda hindistanlı Harş Sinhi, 1/16 finalda isə monqolustanlı Tumenjarqal Tuvşinturu məğlub etmişdi.

Qeyd edək ki, oktyabrın 11-nə qədər davam edəcək yarışda 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparacaq. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında çıxış edəcək.