İranın vitse-spikeri: Danışıqlar davam etsə də, uğurlu nəticə üçün İran güclü olmalıdır

04 oktyabr 2026 15:21
121

İran ilə ABŞ arasında danışıqlar davam edir, lakin qarşılıqlı anlaşmanın əldə olunması gözlənilmir.

“İki sahil” ISNA-ya istinadən xəbər verir ki, bunu İran parlamentinin sədr müavini Həmidrza Hacıbabayi deyib. "Amerikalılarla danışıqlarımız heç vaxt uğurlu olmayıb və bunun səbəbi bizimlə səmimi şəkildə danışıqlar aparmamasıdır. Biz ABŞ ilə heç vaxt qarşılıqlı anlaşma əldə etməyəcəyik", - Hacıbabayi bildirib. Onun sözlərinə görə, danışıqlar davam etsə də, uğurlu nəticə üçün İran güclü olmalıdır:

"Biz Amerika ilə güc mövqeyindən danışmayana qədər, Vaşinqton hazırkı siyasətini davam etdirəcək".