05 oktyabr 2026 07:16
96

Fransada etirazçılar onlarla təhsil müəssisəsini yandırıb

Fransada yuxarı sinif şagirdlərinin genişmiqyaslı etirazlarında 24 təhsil müəssisəsi yandırılıb və ya qarət edilib.

“İki sahil” xəbər verir ki, bu barədə təhsil naziri Eduar Jeffre "France 2" telekanalının efirində bildirib.

Onun sözlərinə görə, ölkədə yuxarı sinif şagirdlərinin davam edən etirazlarında Fransada 400-dən çox məktəb oktyabrın 5-də əyani dərsləri bərpa etməyəcək.

Xatırladaq ki, yuxarı sinif şagirdlərinin etiraz aksiyaları ötən həftə Parisin İl-de-Frans regionunda başlayıb, daha sonra isə Fransanın digər regionlarına yayılıb. Nümayişçilər həddindən artıq yüklənmiş dərs cədvəlinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə qarşı çıxış edirlər. Polis 5 mindən çox etirazçını saxlayıb.