05 oktyabr 2026 09:35
117

Müəllimlik peşəsinin əsas missiyası həm də savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir - Emin Əmrullayev

Müəllimlik peşəsinin əsas missiyası yalnız bilik vermək deyi həm də savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir.

“İki sahil” xəbər verir ki, bu fikir elm və təhsil naziri Emin Əmrullayevin 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bağlı təbrikində yer alıb.

O qeyd edib ki, müəllimlik ən çətin, eyni zamanda, ən şərəfli peşələrdən biridir:

"Bu peşənin əsas missiyası yalnız bilik vermək deyil, savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir. Gənc nəslin cəmiyyətdə layiqli yer tutmasında və vətənpərvər vətəndaş kimi formalaşmasında sizin fədakar əməyiniz danılmazdır. Hər birinizə təşəkkür edir, işlərinizdə uğurlar və əməyinizin nəticələrindən daim qürur duymağı arzulayıram".